Aqronom (Xaçmaz)

  • Agro Dairy
  • Elanın qoyulma tarixi: 10.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyaları:

  • Aqronom Əkinçilik xidməti üzrə menecerə heabat verir
  • Torpağın əkin üçün hazırlanması işlərinin icrasına həyata keçirir
  • Səpinin optimal müddətdə keyfiyyətlə aparılmasını təmin edir
  • Təhkim olunan ərazilərin növbəli əkin planını tərtib edib xidmət rəhbərinə təqdim edir
  • Tərtib olunan əkin planı üçün tələb olunan normativləri tərtib edib xidmət rəhbərinə təqdim edir
  • Bitkilərin vegetasiya dövründə tələb olunan aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir
  • Əkin sahələrində daim müşahidələr apararaq zərərvericilər, xəstəliklər və alaq otları yayılmış sahələrin yerlərini, onların yayılma dərəcələrini müəyyənləşdirir və xidmət rəhbərinin göstərişi ilə mübarizə tədbirlərini həyata keçirir
  • Pestisidlərdən səmərəli istifadəni, saxlanmasını və daşınmasına nəzarət edir
  • Ərazilərin suvarılmasını və nəzarət işini təşkil edir
  • Kənd təsərrüfatı texnikasından səmərəli istifadə olunmasını təmin edir
  • Yerinə yetirilən işlərin vaxtında və keyfiyyətli görülməsini təmin edir və xidmət rəhbərinə gündəlik hesabat verir
  • Aqronomiyaya aid bütün sənədlərin tərtib olunmasında və hesabatların verilməsində iştirak edir
  • Biçin prosesi və keyfiyyətli məhsul yığımını təmin edir
  • Tabeçiliyində olan işçi heyətinin performans göstəricilərinin yüksəldilməsinə məsuldur, işçi heyətini idarə edir

Tələblər:

  • Təhsil: Kənd təsərrüfatı sahəsi üzrə ali təhsil 
  • İş təcrübəsi: 2 il
  • Kompüter  biliyi, MS Office (Excel, Word, Outlook) 
  • Aqrotexniki tədbirlərin görülməsi, istehsal olunan məhsulun həcminin artırılması və keyfiyyətinin yüksəldilməsi, xəstəliklər və zərərvericilərlə qarşı mübarizənin aparılması üçün ilkin bilik və təcrübəyə malik olmaq

İş qrafiki: 6 günlük iş həftəsi

Mövzü hissəsində vəzifənin adını- “Aqronom/Xaçmaz”  qeyd edərək müraciətlərinizi email ünvanına göndərməyiniz xahiş olunur. 

Müraciət üçün son tarix: 07.31.2024

İşəgötürənin reytinqi