HR Rəhbər

  • Giləzi
  • Elanın qoyulma tarixi: 10.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil
  • Müvafiq vəzifədə minimum 5+ il iş təcrübəsi olmalıdır;
  • Yaş həddi: 35-50; 
  • Bəy namizəd tələb olunur;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Komanda daxilində işləmə bacarığı;
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti;
  • Analitik təhlil qabiliyyətinə sahib olmalıdır;
  • Məsuliyyətli və diqqətli olmalıdır;
  • İstehsalat sahəsində təcrübə üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Kadr bazasının yaradılması və idarə edilməsi, işçilərin qeydiyyatının aparılması işini təşkil edir.
  • Məzuniyyət, işəqəbul, xitam, ezamiyyə və s. əmrlərin qanunvericiliyə uyğun vaxtında həyata keçirilməsinə nəzarət edir.
  • İşçilərin tabel uçotuna və onların işə davamiyyətinə nəzarəti həyata keçirir.
  • Təşkilati strukturu hazırlayır.
  • İşə qəbul prosesində vakansiya və müsahibələri izləyir.
  • İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət edir.
  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və direktorun əmrlərinə müvafiq olaraq işçilərin qəbulunun və işdən azad edilməsinin vaxtında həyata keçirilməsinə nəzarət edir.
  • Aylıq hesabatları hazırlayır və rəhbərliyə təqdim edir.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 6 günlük iş qrafiki;
  • İş qrafiki: 08:30-18:00
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq müsahibə əsasında təyin ediləcək;
  • Ünvan: Əhməd Rəcəbli 219

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “HR Rəhbər” qeyd etməklə elektron ünvanına və yaxud 077-278-82-88  əlaqə nömrəsinə göndərmələri xahiş olunur