Satınalma üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Proseslərin və prosedurların hazırlanması və işlənilməsində köməklik göstərmək və müvafiq işçilər ilə müntəzəm əlaqədə olmaq.
  • Mövcud satınalma proseduruna uyğun olaraq Tender prosesini izləmək, tender sənədlərini nizamlamaq, tender proseslərini tamamlamaq, 
  • Dəqiq alış məlumatlarının saxlanması üçün müvafiq anbarlar, yerlər üçün SAP Material Master (MM) Tətbiqlərini idarə edilməsi. 
  • Danışıqlar prosesini koordinasiya etmək, müqavilələrin işlənib hazırlanmasını, icrasını və təchizatçıların uyğunluğuna nəzarət etmək. 
  • Tender prosesinin bütün mərhələlərində iştirak etmək və nəzarət etmək. 
  • Təchizatçılardan təkliflər almaq üçün materialların və xidmətlərin alınması üçün Təklif Sorğusunu yaratmaq.
  • Rəhbərliyin təsdiqi üçün kommersiya təkliflərinin qiymətləndirilməsini hazırlamaq.
  • Texniki şərhlər almaq üçün son istifadəçi şöbəsi ilə əlaqə saxlamaq; texniki qeydləri kommersiya təkliflərinin qiymətləndirilməsinə daxil etmək və satınalma üçün tövsiyə vermək.
  • Təchizatçılarla görüşlər təşkil etmək və həmin görüşlərdə iştirak etmək.  
  • Tender açılışlarında iştirak etmək və müvafiq protokolların hazırlanmasına və imzalanmasına nəzarət etmək. 
  • Materiallar, avadanlıqlar və xidmətlər üzrə Satınalma Sifarişləri yerləşdirmək.
  • Keyfiyyətli məhsul və materialları seçmək və satın alma üçün bazar araşdırması aparmaq.
  • Təchizatçılarla əlaqələr qurmaq və ən yaxşı qiymətləri əldə etmək üçün onlarla danışıqlar prosesində iştirak etmək.
  • Sorğuların gedişatını izləmək və sifarişlərin vəziyyəti ilə bağlı rəhbərliyi məlumatlandırmaq.
  • Bütün tender sənədlərinin qeydə alınması və düzgün arxivləşdirilməsi təmin etmək
  • Rəhbərliyin digər göstərişlərini yerinə yetirmək.

Tələblər:

  • Biznes İdarəçiliyi, Mühəndislik və ya əlaqəli sahədə dərəcə ixtisas
  • Müvafiq sahədə təlimlər və sertifikatlar 

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını  “Satınalma üzrə mütəxəssis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 20.07.2024

İşəgötürənin reytinqi