İşin təsviri
Tələblər:
- 1C proqramını mükəmməl şəkildə bilməli
- Alqı-Satqı və Xidmət müqavilələrinin hazırlanması
- Təsisçi ilə borc müqavilələrin, qərar və s. hazırlanması
- Hesab-fakturaların hazırlanması
- E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi
- Təhvil-təslim aktlarının hazırlanması
- Qiymətin razılaşdırma protokolunun hazırlanması
- Qarşılıqlı üzləşdirmə aktlarının hazırlanması
- Bank ödəniş tapşırıqlarının yazılması
- Bank vasitəsi ilə online ödənişlərin edilməsi
- Əmək haqqı kartının açılması
- Əlavə Dəyər Vergisinin hesablanması, tərtibi və ödənilməsi (ƏDV)
- Köhnə və yeni dövr üçün əvəzləşmələrin aparılması
- Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi hazırlanması (Vahid bəyannamə)
- Ödəmə mənbəyində tutulan vergilərin hesablanması, tərtibi və ödənilməsi (ÖMV)
- Gündəlik online kargüzalığın (gələn məktubaların) izlənməsi
- Onlayn kargüzarlığa daxil olmuş məktubların cavablandırılması
- Aylıq əmək haqqı cədvəlinin hazırlanması
- Məzuniyyətin və son haqq hesabın hesablanması
- Ezamiyyət sənədlərinin hazırlanması və hesablamaların edilməsi
İş qrafiki:
- Kollektivdə işləmək və ünsiyyət qura bilmə bacarığı
- İşinə məsuliyyətli, diqqətli
Ərazi: Bakı
Əmək haqqı: Razılaşma
Staj: 1 il
Yaş: 20 — 30 yaş
Təhsil: Ali təhsil
İş rejimi: Tam iş günü (5 gün)
Müqavilə: Əmək müqaviləsi
Göstərilən tələblərə cavab verən, xüsusilə Maliyyə ixtisası üzrə bitirən və 1C proqramını yüksək səviyyədə bilən şəxslərin və namizədlərin CV-lərini “Mühasib” başlığı ilə elektron ünvanına göndərməkləri xahiş olunur.