Marketinq Rəhbəri

  • Arash Company
  • Elanın qoyulma tarixi: 08.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil edərək, şirkətin bazarda təqdim etdiyi xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
  • Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək;
  • Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
  • Rəqabət analizi və təhlillərin aparılmasında iştirak etmək;
  • Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
  • Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
  • Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
  • Şirkətin strateji marketinq planının icrasını həyata keçirərək, tabeliyində olan komandanı idarə etmək;
  • Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;
  • Satışın artırılmasına yönəlik aktivliklər, kampaniyalar təşkil etmə və hesabatlılığın təmini

Namizədə tələblər:

  • Marketinq sahəsində rəhbər kimi iş təcrübəsi mütləqdir;
  • Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;
  • Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
  • Dürüstlük, məsuliyyətlilik,çeviklik, idarəetmə bacarığı;
  • Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
  • Komandada işləmə və komandanı idarəetmə;

İş saatı: 6 günlük iş qrafiki təyin olunur.

Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Tələblərə uyğun, müraciət etmək istəyən namizədlər Email-in “subject” bölməsinə, vakansiyanın adını “Marketinq Rəhbər” qeyd etməklə e-mail ünvanına CV göndərə billərlər.

Yalnız tələblərə uyğun namizədlərlə müsahibə təyin olunacaq.