Gömrük rəsmiləşməsi üzrə mütəxəssis - Bəyannaməçi

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Gömrükdə tranzit, idxal və ixrac bəyyannamələrinin tərtib edilməsi və yük müşayiət sənədlərin hazırlanması;
  • Gömrükdəki iş prosesi üçün lazım olan sənədləri hazırlamaq və prosesi idarə etmə;
  • Müştərilərə gömrük prosesi və ödənişləri barədə məlumat verilməsi;
  • Gömrük rəsmiləşdirilməsi işinin təşkilinə dair prosedurda qeyd olunan və vəzifə səlahiyyətləri daxilində müdriyyət tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək .

İş şərtləri:

  • İş qrafiki: Həftə içi 10:00-18:00
  • Əmək haqqı – müsahibə əsasında
  • Ünvan: Azure Biznes Mərkəzi

Namizədə tələblər:

  • Bu sahədə ixtisas attestatı və iş təcrübəsi mütləqdir;
  • Gömrük Bəyannamələrinin növləri/rejimləri haqqında biliklərin olması;
  • Kompüter bilikləri: MS office proqramlarını (Word, Excel, Outlook) bilməli;
  • Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və Gömrük bəyannamələrinin doldurulması Qaydasının Metodikası haqqında biliklər
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, rus və ingilis dil biliyi arzuolunandır;
  • Dəqiq, məsuliyyətli, operativ, komanda ilə işləmə bacarığı;
  • Müəssisənin təlimat, qayda, intizam kodekslərinə riayət etmək;
  • Yarana biləcək problemləri həll etmə bacarığı və analitik düşüncə.

Maraqlanan şəxslər öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)

Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Air Cargo Azerbaijan tərəfindən digər vakansiyalar