İşin təsviri
Əmək funksiyaları:
- Daxil olan sifarişlərin icrasını həyata keçirmək;
- Mövcüd təchizatçılar siyahısında göstərilən və həmçinin yeni yerli və xarici şirkətlərə sorğular göndərmək, təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək;
- Alınmış malların qeydiyyatının aparılması;
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, ehtiyaclar üzrə vaxtında aidiyyatı müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
- Təchizatçılarla müqavilələrin bağlanması;
- İstehsal üçün lazım olan müəssisənin daimi maddi-texniki resurslarla təminatının hazırlanmasında iştirak etmək;
- Təsdiq edilən təkliflər əsasında satınalma sifarişlərinin (PO) hazırlanıb icra edilməsi;
- Sifarişlərin statusunu mütəmadi olaraq izləmək və müvafiq hesabatlarda qeyd etmək;
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
- Komanda ilə işləmək bacarığı, əməkdaşlıq qabiliyyəti, effektiv ünsiyyət, çeviklik;
- 1C və MS Office proqramlarından istifadə bacarıqları;
- Rus və ingilis dili biliyi arzuolunandır.
İş qrafiki: 09:00- 18:00 (beşgünlük iş həftəsi)
İş yeri: Ağsu rayonu, Rəhimağalı kəndi
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaqdır.
Gündəlik qidalanma və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir (kənar regiondan olan namizədlər üçün yaşayış yeri təmin edilir).
Maraqlanan şəxslər CV-lərini elektron ünvanına mövzu yerində “Təchizat üzrə kiçik mütəxəssis” qeyd etməklə göndərə bilərlər.