SƏTƏM üzrə mütəxəssis

  • Agro Fresh
  • Elanın qoyulma tarixi: 17.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyaları:

  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar etməlidir.
  • Yeni işə qəbul olunanlarla,podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçmək.
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir.
  • Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
  • Müəssisənin daxili dezinfeksiya, deratizasiya və dezinseksiya işlərinin aylıq təşkili, icra edilməsi və hesabatlarını hazırlamaq.
  • Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək
  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək.
  • Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.
  • Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanmaq.
  • Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirmək.
  • Avtomatik yanğın siqnalizasiya, söndürmə, xəbərdaretmə, tüstü xaricetmə və digər yanğından müdafiə sistemlərinin işlək vəziyyətdə olmasına nəzarətin həyata keçirilmək.

Tələblər:

  • Ali təhsil (Texniki sahələrə üstünlük veriləcək)
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi 
  • MS Office (Word, Excel, PowerPoint) istifadə etmə bacarığı

İş qrafiki: 09:00-18:00 ( beşgünlük iş həftəsi)

İş yeri: Ağsu rayonu

Maraqlanan şəxslər CV-lərini elektron ünvanına mövzu yerində “Ağsu-SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər.