Tender mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tender prosesində şirkətin təmsil olunması;
  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Müqavilələr ürzrə danışıqların aparılması;
  • Müştəri bazasının genişləndirilməsi
  • Şirkətin sosial media hesablarından daxil olan müraciətlərin cavablandırılması;
  • Xarici , Azərbaycan Respublikasının dövlət qurumları, publik hüquqi şəxsləri və kommersiya təşkilatları tərəfindən elan edilmiş və Şirkətin fəaliyyət istiqamətlərinə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tenderlərdə iştirak üçün müəyyən edilmiş tələblərin, ixtisas uyğunluğu meyarlarının təhlil edilməsi və rəhbərliyə məruzə edilməsi;
  • Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi;
  • Tender təkliflərinin hazırlanması üçün tələb olunan rəsmi sənədlərin (maliyyə hesabatları, arayışlar, təsdiqedici sənədlər, bank zəmanətləri və s.) vaxtlı-vaxtında müvafiq qurumlardan alınması; 
  • Tender təkliflərinin hazırlanması üçün tələb olunan kommersiya məlumatlarının, layihə-smeta sənədlərinin və digər texniki sənədlərin Şirkətin müvafiq şöbələrindən tələb olunması, toplanması və son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Təqdim olunmuş tender təkliflərinin qiymətləndirilməsi mərhələsində tender keçirən təşkilatlar tərəfindən ünvanlanmış sorğuların cavablandırılması;
  • Tender prosesinin müxtəlif mərhələlərində Şirkətin təmsil olunması;
  • Beynəlxalq şirkətlər,partnyorlar və müştərilər ilə müntəzam yazışmaların aparılması və uzunmüddətli əlaqələrin aparılmasını təmin etmək
  • Şirkətin təqdim etdiyi xidmətlərlə bağlı yeni müştərilərin şirkətə cəlb olunması
  • Xidmətlərə uyğun hədəf müştəri qruplarının təyini və onlarla aktiv görüşlərin keçirilməsi
  • Tender department Direktorunun göstərişi əsasında vəzifə təlimatına uyğun olan digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Təhsil : Ali
  • Cins : Xanım
  • Yaş : 28 - 45
  • Kompüter biliyi: MS Office (Word, Excel); yüksək səviyyə
  • Azərbaycan, İngilis və Rus dillərini bilməli;
  • Müvafiq sahədə minimum 4-5 il iş təcrübəsi;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • Güclü ünsiyyət bacarığı və problem həllində təcrübəli olmalıdır.

İş qrafiki: 5 günlük, 09:00-18:00

Ultra National Services tərəfindən digər vakansiyalar