Hazır məhsul anbardarı

İşin təsviri

İşin təsnifatı: 

  • Müəssisənin anbarında olan ehtiyyat materiallarına və hazır məhsullara nəzarət edir, alıcılar və tədarükçülər arasında əlaqə yaradır;
  • Məhsulun vaxtında yüklənməsi üçün sənədləri rəsmiləşdirir;
  • Müəssisədə texniki material təminatı, məhsulun satılması, məhsulun keyfiyyətinə nəzarət edir;
  • Hazır məhsulun sifarişçiyə yüklənib göndərilməsi hazırlığına nəzarət edir, məhsulun göndərilməsi və satılması üçün lazımi sənədləri rəsmiləşdirir, təyin edilmiş forma ilə hesabat aparır
  • Şöbə rəhbəri tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirir. 

Tələblər: 

  • Ali (bakalavr/magistr) təhsilli;
  • Bu və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis  danışmaq bacarığı;
  • Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
  • Hesabat hazırlama və analiz etmə bacarığı;
  • Yaxşı ünsiyyət, nəticəyönümlülük və komandada ilə işləmək bacarığı;
  • İstehsalat işlərindən anlayışlı olmalı;
  • ERP sistemlərində işləmə bacarığı ;
  • Əmək haqqı razılaşma yolu ilə.

Təminatlar:

  • Nahar  müəssisə tərəfindən verilir;
  • Korporativ nömrə
  • İş qrafiki 09:00-dan 18:00-a dək (həftə içi 5 gün);
  • Şənbə və bazar istirahət. 

Qeyd: Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Hazır məhsul anbardarı”) qeyd olunmalıdır) göndərə bilərlər .

Qeyd: Axtarış yeri - Şəmkir və ətraf rayonlar.

Zayam Technologies Park OJSC tərəfindən digər vakansiyalar