İşin təsviri
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı sənədləşməni yerinə yetirir
- İşçilərin şəxsi işlərini formalaşdırıır,arxivləşdirilməsini həyata keçirir və daxili ERP proqramında qeydiyyatını aparır
- Məzuniyyət, ezamiyyə proseslərinin rəsmiləşdirilməsini həyata keçirir
- İş yerindən arayışlar, digər təyinatlı arayışların hazırlanmasını həyata keçirir,
- İş analizlərinin keçirilməsində, Vəzifə təlimatlarının hazırlanmasında iştirak edir
- Təlim ehtiyaclarının müəyyən edilməsində, təlimlərin təşkilində iştirak edir.
- İşçilərin İllik və yarımillik performans dəyərləndirilməsində iştirak edir
- Şirkətdaxili tədbirlərin təşkil edilməsində iştirak edir,
Tələb olunan təhsil və biliklər:
- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
- Səlis ünsiyyət qurmaq bacarığı (həm şifahi, həm yazılı)
- Dil bilikləri: Azərbaycan dili – səlis, Rus dili və İngilis dili yaxşı
- İşi planlaşdırma və təşkil etmə bacarığı
- Fərdi və kollektivdə işləmə qabiliyyəti
- Əmək qanunvericiliyi üzrə biliklər
- MS Office proqramları ilə işləmək bacarığı