Təşkilatdaxili bütün sənədləşmə işlərinə hüquqi rəylərin verilməsinin, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi
Müəssisənin satınalma, satış, xidmətlərin göstərilməsi, agentlik, tikinti və digər müqavilələrdə o cümlədən beynəlxalq müqavilə və sazişlərin hüquqi ekspertizanın aparılması , rəy və təkliflərin verilməsi
İdarə Heyətinin iclas protokollarını, İdarə Heyəti üzrə əmr, sərəncamlarının hazırlanmasını və hüquqi prosedurların icrasını təşkil etmək;
Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması
Hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Şirkəti təmsil etmək, şirkət adından sənədlərin hazırlanması, təqdim edilməsini həyata keçirmək
Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini , həmin sənədlərin hüquqi qüvvəsinin mövcud vəziyyəti ilə bağlı təkliflər vermək
Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək
Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq
Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək
Tələblər:
Hüquq üzrə ali təhsil
Müvafiq sahə üzrə Minimum 3 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan dili – səlis, Rus dili və İngilis dili (üstünlükdür)
Texniki Bacarıqlar:
Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını, habelə mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını dərindən bilməli
Müqavilələrin bağlanmasını tənzimləyən normativ hüquqi aktlarını bilməlidir
Səriştəlik:
Məsuliyyətli,disiplinli,
Prinsip və Dəyərlərə sadiqlik
Prosedur və qaydalara riayət etmək
Komanda ilə işləmək bacarığı
Yaxşı ünsiyyət bacarıqları
Təşəbbüskarlıq, operativlik, prioritetləri düzgün müəyyənləşdirmək
İşə planlı yanaşma bacarığı, fikrini düzgün və səlist izah etmək