İşin təsviri
Tələblər:
- Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (Hüquq, İqtisadiyyat, Maliyyə,);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
- Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli
- İşin xüsusiyyəti ilə əlaqədar kişi namizədlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- İcrada olan işlərlə bağlı təlimata uyğun olaraq və qanunvericiliklə müəyyən edilmiş müddətdə tədbirlər görmək;
- Qrup rəhbəri və ya Şöbə müdiri tərəfindən verilmiş icrası zəruri olan təlimatların vaxtında və lazımi qaydada icrasını təmin etmək;
- Həvalə edilmiş məktub, müraciət, şikayət, etiraz və digər sənədləri araşdırmaq, lazımi sənədləri toplamaq, onlarla bağlı cavabları hazırlanaraq müvafiq qaydada yönləndirilməsini təmin etmək;
- Şöbənin fəaliyyəti ilə əlaqədar müəyyən edilmiş reysterləri düzgün aparmaq, iş üçün əhəmiyyətli olan qeydləri əməliyyat sisteminə əlavə etmək;
- Şöbənin fəaliyyətinin yekunu olan sənədlərin müəyyən olunmuş qaydada arxivə təhvil verilməsini təmin etmək;
İş şəraiti:
- İş yeri: Baş ofis;
- İş qrafiki: Həftə içi 5 gün, saat 09:00-18:00;
- Əmək haqqı: 500 azn + bonus
Qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.