İşin təsviri
İş barəsində:
- Pasiyentlər üçün komfortlu, planlı və sürətli müalicə şəraitinin təşkili və təmini
- Pasiyentlərlə klinika daxili və müalicə sonrası ünsiyyətin qurulması
- Ziyarət zamanı pasiyentlərin klinika daxili hərəkətinin təşkili və nəzarətdə saxlanılması
- Müalicə planının qeydiyyatı və müvafiq qaydada tərkibi, mərhələləri, ödəniş üsulları haqqında pasiyentlərin məlumatlandırılması
- Xəstələrin müayinəsi və müalicəsi zamanı həkimi müşayiət
- CRM sistemə uyğun iş planının təmini
- Xəstələrə klinika xidmətlərinin və müalicə variantlarının təqdimi və satışının təmini
- Xəstələrin yeni xidmətlər və ya kampaniyalar haqqında məlumatlandırılması
- Xəstə məmnuniyyətinin və loyallığının təmini və artırılması
- Tələb olunduğu qaydada müvafiq hesabatların hazırlanması
- 6 günlük iş rejimi; 09:00-19:00
- Əmək haqqı: 500 AZN + bonus
Tələblər:
- Ali təhsil
- MS Office (Word, Excel, Outlook) proqramlarında sərbəst işləmə bacarığı
- Azərbaycan dilini sərbəst, Rus dilini danışıq səviyyəsində bilmək, İngilis dili arzu olunandır
- Mükəmməl səviyyədə müştəriyönümlülük və ünsiyyət qabiliyyəti (səlis nitq, empatiya qurma, dinləyicilik)
- Təşkilatçılıq və problem həll etmə bacarığı
- Biznes etikaya həssaslıq, stressə davamlılıq, komandada işləmə qabiliyyəti
- Sənəd dövriyyəsi və ERP sistemlərlə iş bacarığı və təcrübəsi arzu olunandır
- Satış və marketinqdə iş təcrübəsi üstünlükdür
Maraqlananlar şəxslər mövzu hissəsinə “Koordinator” yazmaqla e-ünvanına müraciət edə bilər.