İşin təsviri
                
                
                                
                Vəzifə öhdəliklər: 
	- Həkimin müayinə, müalicə və əməliyyat prosesində müşayiəti  
- Həkim müayinəsi və qəbulu üçün həkim otağının hazırlanması
- Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət 
- Tibbi alətlərin sterilizasiyası  
- 6 günlük iş qrafiki
- Əmək qanunvericiliyinə uyğun qeydiyyat
Namizədə tələblər: 
	- Tibb bacısı üzrə orta ixtisas təhsili
- Səhiyyə Nazirliyinin sertifikasiyası 
- Tibb bacılığı işinin və kargüzarlığının təşkili prinsipləri haqqında bilik
- Dil bilikləri: Azərbaycan, Rus (arzu olunandır) 
- Xoş görünüş, yüksək insani keyfiyyət, səliqə və təmizliyə qarşı həssaslıq 
- Məsuliyyətlilik, işgüzar etika anlayışı, komandada işləmə bacarığı, proaktivlik
Tələblərə uyğun şəxslər mövzu hissəsində “Tibb bacısı” qeyd etməklə, CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.