İşin təsviri
İş barədə məlumat:
- Şirkətin mühasibat uçotunu qanunvericiliyə və mühasibat uçotunun aparılması qaydalarına uyğun təşkili və təmini
- Pul və əsas vəsaitlərin, mal-material ehtiyatlarının hərəkətinin mühasibat uçotunda əks etdirilməsi
- Bank əməliyyatlarının icrası, hesablar üzrə ödənişlərin həyata keçirməsi, e-qaimə, faktura və s. sənədlərin tərtibi və icrası
- Kassa əməliyyatlarının aparılması
- Debitorlara nəzarət
- Müvafiq rəsmi hesabatların (vergi, DSMF, statistika) hazırlaması və təqdimi
- Əmək haqqı, məzuniyyət, ezamiyyət və s. əmək haqqı ilə bağlı hesablamaların aparılması, ödənişlərin həyata keçirilməsi
- Arayışlar və digər əlaqədar sənəd dövriyyəsinin təşkili
- Tələb olunan şirkətdaxili statistik hesabatların hazırlanması
- Rəhbərliyə işi haqqında müvafiq qaydada həftəlik/aylıq hesabatların təqdimi
- Bazar rəqabətinə uyğun əmək haqqı
- Rabitə xərcləri şirkət tərəfindən təmin olunur
Namizədə tələblər:
- Maliyyə üzrə ali təhsil
- Cinsi: Qadın
- Peşəkar Mühasib Sertifikatının və müvafiq beynəlxalq sertifikatların olması üstünlükdür
- Orta səviyyədə MS Excel proqramında işləmə bacarığı
- Dövlət portallarında və e-bank sistemində işləmə bacarığı və iş təcrübəsi
- Əlaqədar qanunvericilik üzrə bilik
- Statistik məlumatlarla işləmə bacarığı və hesabatların hazırlanması üzrə iş təcrübəsi
- Analitik düşüncə tərzi və detallara diqqət qabiliyyəti
- Operativlik, məsuliyyətlilik və komandada işləmə bacarığı
- Koorporativ etik qaydalara həssaslıq, peşəkarlıq və şəxsi inkişafa meyillilik
Tələblərə uyğun şəxslər mövzu hissəsində “Mühasib” qeyd etməklə, CV-lərini qeyd olunmuş e-ünvana göndərə bilər.