Təcrübəçi mühasib

İşin təsviri

İş yeri: AF Business House, 203 Nizami küçəsi, Bakı 1010, PITS Azərbaycan Ofisi

İş günləri və saatları: Həftədə 5 iş günü saat 10:00-19:00, nahar vaxtı saat 13:00 -14:00

Əməkhaqqı: 400 AZN

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin gündəlik maliyyə əməliyyatlarını icra etmək;
  • Maliyyə hesabatlarını hazır etmək;
  • Elektron qaimə fakturaları hazırlamaq və göndərmək;
  • Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;
  • Müqavilələrin redaktə edilməsi və düzəldlməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərini tərtib etmək;
  • Bank əməliyyatlarını həyata keçirmək;
  • Vergi və digər dövlət orqanlarına aylıq /rüblük/illik hesabatların tərtib olunmasında iştirak etmək;
  • İşgüzar yazışmaları aparmaq;
  • Əmək haqqı və məzuniyyət  hesablanmasını və ödənişini həyata keçirmək.

Namizəd üçün tələblər:

  • 20-25 yaş arası, karyerasını bu sahə üzrə qurmağa həvəsli olan gənclər axtarırıq.
  • Müvafiq ixtisas üzrə bakalavr təhsili mütləqdir.
  • Beynəlxalq maliyyə sertifikatlarına malik olması üstünlük təşkil edir.
  • Microsoft Ofiice proqramları ilə işləmə bacarığı tələb olunur
  • Mühasibatlıq sahəsi üzrə nəzəri biliklərə malik olmaq tələb olunur

Əgər tələblərə cavab verirsinizsə, xahiş edirik öz CV-nizi elektron ünvanına göndərin.