Korporativ hüquq şöbəsinin hüquqşünas

İşin təsviri

Vəzifənin təsviri:

  • Tələb olunan müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, arayışların, hüquqi rəylətin, ərizə və şikayətlərin, həmçinin digər hüquqi sənədlərin hazırlanması;
  • Müəssisədaxili fəaliyyəti tənzimləyən Qayda, reqlament və təlimatların hazırlanması və düzəlişlərin edilməsi;
  • Əmanətlərin Sığortalanması Fondu və ləğvetməsində olan Bankların xeyrinə iddia ərizələri, apellyasiya və kassasiya şikayətlərinin yazılması;
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını, qüvvədə olan normaları bilmək;
  • Rəhbərliyin hüquqi işlərlə əlaqəli vermiş olduğu təlimatların yerinə yetirilməsi.

Vəzifəyə dair tələblər:

  • Hüquq üzrə ali təhsil;
  • Azərbaycan Respublikasının Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək Məcəllələrini yüksək səviyyədə bilmək;
  • “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu , “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikası Qanunlarını yüksək səviyyədə bilmək;
  • Layihə hazırlamaq, hüquqi təhlil və danışıqlar aparmaq bacarığı;
  • MS Office proqramlarını (Word, Excell, Power Point) xüsusilə Word proqramını yüksək səviyyədə bilməli;
  • Azərbaycan və ingilis dillərində sərbəst və səlist danışıq və yazı bacarığı;
  • Rus dilində orta səviyyədə danışıq və yazı bacarığı;
  • Hüquq sahəsi üzrə 1 il iş təcrübəsi olması arzuolunandır. 

Bacarıq və səriştələr:

  • Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmaq;
  • Komanda ilə işləmək bacarığı;
  • Ünsiyyətcil olmalı;
  • Problem həll etmə bacarığı;
  • Verilən tapşırıqları vaxtında və lazımi qaydada icra etmək.

İş şəraiti:

  • Əmək qanunvericiliyinə uyğun sənədləşdirilmə;
  • İş yeri Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16.