LPO Bankların Məhkəmələrlə iş şöbəsinin hüquqşünası

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Məhkəmə proseslərində müəssisəni instansiya məhkəmələrində nümayəndə qismində təmsil edir, müvafiq şikayət və ərizələri hazırlayıb aidiyyəti üzrə göndərir;
  • Mülki və mülki prosessual qanunvericilik biliyinin yaxşı olması; 
  • Hüquq mühafizə orqanlarından, habelə şöbənin səlahiyyətinə aid olan məsələlər üzrə dövlət orqanlarından müəssisəyə daxil olan sorğu və müraciətlərə baxaraq qanunvericiliyə müvafiq cavablar hazırlayır və ya bu məqsədlə aidiyyəti struktur bölmələrə hüquqi dəstək verir
  • Məhkəmə qərarlarını analiz qabiliyyəti (şikayətlərin verilib-verilməməsinə münasibət bildirilməsi bacarığı
  • Word və excel kimi proqramlardan rahat istifadə bacarığı.

Namizədə tələblər:

  • Hüquq sahəsi üzrə ali təhsil
  • Hüquqşünaslıq sahəsi üzrə ən azı 2 illik iş təcrübəsi 
  • Aktiv, çevik və məsuliyyətli
  • Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;
  • Kollektivdə işləmə bacarığı, dinamiklik, gərginliyə davamlılıq və inandırma bacarığı
  • Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti;
  • Nizam-intizamlı;
  • Səliqəli görünüş və işgüzar üslubda ofis geyimi; 

İş şərtləri:

  • Həftədə 5 iş günü 09:00 - 18:00
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • AR ƏM əsasən rəsmiləşdirmə
  • Ünvan: Bakı şəhəri, Babək pr., 

Vakansiya ilə maraqlanan namizədlərin CV lərini mail ünvanına göndərməyiniz və e mail mövzu hissəsində mütləq “Məhkəmələrlə iş“ qeyd etməyiniz xahiş olunur