Ofis Menecer

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • Müəssisəyə kənar orqanlardan daxil olan sənədlərin qeydiyyatını aparıb, aidiyyatı üzrə rəhbərinə və ya departament rəhbərlərinə təqdim edilməsi;  
  • Müəssisəyə  daxil olan zəngləri cavablandırmalı, qonaqları aidiyyatı şöbə üzrə yönləndirməlidir və ya həmin şöbənin əməkdaşına məlumat verilməsi;  
  • Müəssisə daxilində müvafiq məlumatları məsul şəxslərə və ya əməkdaşlara vaxtında çatdırılması;
  • Telefon nömrələri bazasında mütəmadi olaraq dəyişikliklər varsa etməli,  yeniləməli;
  • Şöbə rəhbərlərinə aylıq ofis ləvazimatlarının paylama cədvəlinin təqdim edilməsi, sifarişlərin keçirilməsi; 
  • Direktorun iştirakı ilə keçirilən iclasların təşkilatçılığı və iclas tapşırıqlarının icrasına nəzarət edilməsi;
  • İclaslar haqqında aidiyyəti şəxslərə vaxtında məlumat verilməsi;
  • Ofisin istismar şəraitini nəzarətdə saxlayaraq, tələb olunan təmir işlərinin vaxtında icra olunmasını təşkil etmək; 
  • Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi. 

Namizədə tələblər:

  • Ali təhsil;  
  • Müvafiq və oxşar vəzifədə minimum 1-2 il iş təcrübəsi;
  • Xanım namizəd;
  • Yaş həddi: 25-35;
  • MS Ofis proqramları yaxşı səviyyədə işləmək bacarığı;
  • İngilis dili yaxşı səviyyədə, rus dili əla;
  • Şirkətdaxili prosedurlara uyğun kargüzarlıq işlərinin  aparılması;
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
  • Təşkilati bacarıqlar, ünsiyyətcil və danışıq aparmaq bacarığı.

Əlavə məlumat:

  • İş yeri: Bakı şəhəri (Həsən Əliyev 79);
  • Həftə içi 5 gün, 09.00-18.00;
  • Könüllü tibbi sığorta ilə təmin edilir;
  • Əmək haqqı: Rəqabətə davamlı;
  • Karyera yüksəlişi imkanı mövcuddur.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Ofis menecer” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.