İşin təsviri
İş barədə məlumat:
- Yerli və xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlili;
- Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə, xərclərinin minumuma endirilməsini təmin etmək;
- Müxtəlif departament rəhbərlərindən verilən məhsullara dair bütün texniki spesifikasiyaların koordinasiyasında köməklik göstərmək və tədarük siyahısı ilə onların sənədlərini aparmaq. Tədarük spesifikasiyalarının tərtib edilməsinə kömək etmək;
- Anbarda saxlanılan məhsullar üçün müəyyən kopüter məlumatlarının yaradılması və qorunub saxlanılmasını təmin etmək;
- Material ehtiyatları, nominal anbarlar, standart sorğu adları,tədarük siyahısı, eləcə də alış sifarişləri və ölçü vahidlərini hazırlamaq;
- Tədarükçü şirkətlərin qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Şirkətlərlə əlaqələr, əməkdaşlıqlar qurmaq, partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq;
- Sifarişlər üzrə bazar araşdırması aparmaq və yeni tədarükçülər tapmaq;
- Sifariş olunan məhsulların qeydiyyatına və digər sənədlərə nəzarətin edilməsi;
- Aylıq qaydada anbar avadanlıqlarının inventarlaşdırılmasını təmin etmək.
Namizədə tələblər:
- Təhsil: Ali
- MC Office proqramlarında işləmək bacarığı
- İş təcrübəsi: Müvafiq sahədə 3 il təcrübə
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilmə
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: 1000-1200( nett)
- Ünvan: Babək prospekti, 92N Xatai
Uyğun olan namizədlərdən CV-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə mail ünvanına göndərməniz xahiş edilir.