Şirkətin mühasibat uçotunun təşkilində, düzgün vergi və uçot siyasətinin seçilməsində və qorunmasında birbaşa iştirak etmək;
Maliyyə hesabatlarının beynəlxalq standartları əsasında maliyyə hesabatlarını hazırlamaq;
İstehsal, xidmət, ticarət və s kimi sahələrdə fəaliyyəti olan müxtəlif biznes subyektlərinin spesifik uçot siyasətini anlamaq və tələbə uyğun formalaşdırmaq;
İstənilən əməliyyatın mühasibat proqramında düzgün balans və gəlir-xərc hesablarında əks olunmasına, maliyyə-hüquq istiqamətli biliklərə malik olaraq bir çox spesifik əməliyyatların düzgün aparılmasına nəzarət etmək;
Pul vəsaitlərinin hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclərin maya dəyərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini və mühasibat hesablarında onların hərəkətini izləmək və ehtiyac yaranarsa düzəlişlər etmək;
Biznes konsultasiyalarda iştirak etmək, şirkətlərə səmərəli həllər təklif etmək, ünsiyyət və etik normalara sahib olaraq sağlam iş münasibətləri qurmaq.
Tələblər:
İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr)
Mühasibat və maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi olmalı;
Dil bilikləri: Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dili bilikləri üstünlükdür;
MS Office - Excel, 1C proqramları bacarığı;
Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını bilməli
Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti
İş şəraiti:
İş qrafiki: 5 günlük iş qrafiki (09:00-18:00)
Ünvan: Winter Park Plaza (Bakı şəhəri Rəsul Rza 75 A).
Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq