İşin təsviri
Tələb və bacarıqlar:
- Yaş həddi: 20-35;
- Ali təhsil arzuolunan;
- Azərbaycan, rus və ingilis dillərini səlis bilməyi;
- MS Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
- Komandada işləmə bacarığı;
- Stressə davamlıq;
- Məsuliyyət və dürüstlük.
Vəzifə öhdəlikləri:
- Sifarişlər əsasında bazar araşdırmasını etmək;
- Xarici və yerli istehsalçı və təchizatçılarla yazışmaların və danışıqların aparılması;
- Sorğular göndərmək və qiymət təkliflərinin əldə olunmasını təmin etmək (daxili və xarici alışlar üzrə);
- Analiz edib uyğun satıcını seçmək;
- Tələb olunan sənədləşmə işlərini aparmaq;
- Yük anbara və ya layihəyə çatana qədər sifarişi izləmək;
- Satınalma tələblərinə uyğun olaraq malları təhvil almaq;
- Ehtiyatların miqdarına nəzarət etmək;
- Şirkətin digər struktur bölmələrilə qarşılıqlı fəaliyyət göstərilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası.
İş şəraiti:
- İş vaxtı: 09:00-dan 18:00-dək;
- Ünvan: Baki şəh., Babək pr-ti 65B;
- İstirahət günləri: şənbə/bazar;
- Əmək haqqı: razılaşma yolu ilə;
- Korporativ nömrə.
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə.
Son müraciət tarixi 01.06.2024-cü il.
Tələblərə cavab verən şəxslər şəkilli CV-ni e-mail ünvanına mövzu yerinə “Satınalma üzrə kiçik mütəxəssis” yazaraq göndərə bilərlər.