Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu aparılması;
Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib etmək;
Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunun aparılması;
Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarını (ƏDV, ÖMV, hesabatı) təqdim etmək;
Şirkətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılması;
Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin ödənişinin aparılması;
Müştəri və biznes üzrə digər partnyorlara hesabları təqdim etmək, qarşılıqlı hesabları tutuşdurmaq(üzləşmə aktlarının tərtibi);
Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunu aparmaq;
Dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib etmək.
Uçot üzrə bütün əməliyyatların 1C 8.3. proqramına işlənilməsi.
Vəzifəyə tələblər:
Təhsil : Ali (mühasibatlıq, maliyyə)
Sertifikat – ACCA F2, F3 sertifikatının olması arzuolunandır
Dil bilikləri: Azərbaycan (zəruri), Rus, İngilis (arzuolunan)
Təcrübə: Restoran sektorunda təcrübəsinin olması üstünlük təşkil edir.
Əmək haqqı: 1000-1400 man (Əmək haqqı danışıq əsasında müəyyən olunacaq )