Baş mühasib

  • Alka
  • Elanın qoyulma tarixi: 07.05.2024

İşin təsviri

Tələblər:

  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək;
  • Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
  • Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsinə nəzarət etmək;
  • Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarını (ƏDV, ÖMV, əmlak, statistik hesabat,  mənfəət vergisi hesabatı) təqdim etmək;
  • Şirkətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək;
  • Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
  • Şirkətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
  • Müştəri və biznes üzrə digər partnyorlara hesabları təqdim etmək, qarşılıqlı hesabları tutuşdurmaq;
  • Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunu aparmaq;
  • Dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarətini təmin etmək.
  • Uçot üzrə bütün əməliyyatların 1C 8.3. proqramına işlənilməsi.

Vəzifəyə tələblər:

  • Təhsil : Ali (mühasibatlıq, maliyyə)
  • Sertifikat - PMS sertifikatının olması arzuolunandır
  • Dil bilikləri: Azərbaycan (zəruri), Rus, İngilis (arzuolunan)
  • Təcrübə: Restoran sektorunda təcrübəsinin olması üstünlük təşkil edir.
  • Əmək haqqı: 2200-2800 man (Əmək haqqı danışıq əsasında müəyyən olunacaq )

Alka tərəfindən digər vakansiyalar