Kredit mütəxəssisi

İşin təsviri

İş barədə məlumat:

  • Rəhbər tərəfindən qoyulmuş hədəflərə çatmaq 
  • Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək 
  • Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq etmək
  • Müştəriyə təşkilatın kredit məhsullarına dair məsləhət vermək 
  • Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq 

Namizədə tələblər:

  • Azərbaycan dilində səlist danışmaq/yazmaq;
  • Analitik düşüncə və qərarlar qəbul etmə bacarığı
  • Әla ünsiyyət qurma və komandada işləmək bacarığı 
  • Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən namizədlərə üstünlük verilir.
  • Satış sahəsində təcrübəsi olanlara üstünlük verilir.
  • IV kurs tələbələrin və ya işlə təmin olunmaq istəyən digər namizədlərin təcrübə dövrü və işlə təmin olunması imkanları mövcuddur.

Komandamızın üzvü olmaqla nələri qazanacaqsız:

  • Təşkilatın maliyyə-kreditləşmə sahəsində iş proseslərini daima dərindən öyrənmə imkanları;
  • İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
  • Geniş əlaqələr qurmaq imkanı;
  • Əmək haqqını artırmaq imkanları.

 

İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 18:00-dək 
İstirahət günü Şənbə və Bazar günü

Əmək haqqı namizədin bilik bacarıqlarına əsasən müsahibə vaxtı dəyərləndirilir.Əmək haqqıdan əlavə bonus sistemimiz mövcuddur.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini [email protected] email ünvanına mövzuda Vakansiyanın adını və Şəhəri (misal: Kredit mütəxəssisi Bakı filialı) qeyd etməklə göndərə bilərlər.Mövzu hissəsini boş qoyan əməkdaşlara geri dönüş olunmayacaq.

Əlaqə: +994552059513