Brand Credit BOKT MMC


Brand Credit vebsaytina xoş gəlmisiniz! Bizim saytımıza daxil olduğunuz üçün  məmnunluq hissi ilə maliyyə ehtiyaclarınızı və tələblərinizi qarşılayacaq məhsul və xidmətlərimizi Sizə təqdim etmək istərdik.

Brand Credit Azərbaycan bazarında 2011-ci ildən fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Brand Credit Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 21.11.2011-ci il tarixli BKT -9 saylı Lisenziyasına əsasən 900 000 manat Nizamnamə kapitalı ilə fəaliyyətə başlamışdır. Təşkilatın Nizamnamə kapitalı 3 fiziki şəxs tərəfindən təsis edilmişdir.

31.01.2013-cü il tarixində hüquqi və fiziki şəxslərdən vəsaitlərin cəlb edilməsi məqsədi ilə təşkilatın ilk istiqraz emissiyası dövlət qeydiyyatına alınmışdır.

19.02.2013 tarixində təşkilat "AMFA" ya üzv olmuşdur.

Hal-hazırda təşkilatın paytaxt və regionda olmaqla iki filialı fəaliyyət göstərməkdədir.

Brand Credit təşkilatının ən əsas öhdəliklərindən biri i nsanlar arasında heç bir sosial fərq qoymadan,onlara daha yaxşı və təminatlı həyat tərzi yaratmaqda dəstəyin göstərilməsindən ibarətdir.

Brand Credit  təşkilatının missiyası aztəminatlı əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün maliyyə xidmətlərinin göstərilməsidir.

Brand Credit təşkilatının baxışı Azərbaycanda qabaqcıl mikro-maliyyə institutu olmaqdır. Biz elə bir qurum olmaq istəyirik ki, sahibkarlıqla məşğul olanlar maliyyə xidmətlərinə ehtiyac duyduqda bizə üz tutsunlar. Biz bütün ölkə miqyasında tanınmaq və rəğbət qazanmaq istəyirik, buna nail olmaq üçün isə bütün ölkəni öz şöbələri ilə əhatə edən stabil və davamlı qurum olmalıyıq.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?