Anbar operatoru

İşin təsviri

Vəzifəyə dair tələblər:

  • Anbara daxil olan mal-materialın sifariş siyahısı ilə yoxlanılması, uçotunun aparılması və tələb olunan iş sahəsinə çatdırılması üçün vəzifə üzrə prosedurların yerinə yetirilməsi.
  • Davam edən layihələrdə təchizatın təmin edilməsinin adekvat aparılması üçün inventar qeydlərini aparılması və ehtiyat səviyyələrini izlənilməsi.
  • Anbar əməliyyatlarının dəqiq yerinə yetirilməsi, mal-materialın sənədləşməsinin düzgün aparılması.
  • Təhlükəsizliyi və səmərəliliyi təmin etmək üçün anbarın müntəzəm yoxlanılmasında iştirak.
  • Təhlükəsizlik və keyfiyyətə nəzarətlə bağlı şirkət siyasət və prosedurlarına riayət edilməsi.

Namizədə dair tələblər:

  • Anbar əməliyatlarının aparılma qaydası, təlimatları. 
  • Anbar avadanlığı, mal –materialının izlənməsi, uçotunun aparılması qaydaları
  • Anbarda təhlükəsizlik qaydalarına riayət edilməsi
  • Müvafiq sahədə 1 ildən az olmayan iş təcrübəsi;
  • Hesabatlılıq
  • MS Office proqramları üzrə yüksək iş bacarığı
  • 1C proqramında iş bacarığı.
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
  • Fərdi və kollektivdə işləmə qabiliyyəti. 
  • Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik

Əlavə qeydlər:

  • İş qrafiki: 5 günlük iş həftəsi
  • Əmək haqqı: əmək bazarı şərtləri nəzərə alınmaqla namizədin bilik və bacarıqlarına uyğun olaraq.

 

İşəgötürənin reytinqi