Satış Müdiri

İşin təsviri

Vəzifə funksiyaları: 

  • Supermarketlər şəbəkələri üzrə inkişaf strategiyasının hazırlanması
  • Şəbəkələr üzrə fabrik və kateqoriyaların planlarının hazırlanması və təqibi
  • Şəbəkə Supermarketləri üzrə aidiyyatı kateqoriyalar üzrə görüşlərin təşkil olunması
  • Listing və delisting prosesslərinin aparılması
  • Şəbəkə supermarketlər üzrə aktivliklərin razılaşdırılması
  • Satış nöqtələrinin yeni kampaniyalar, aksiyalar barədə məlumatlandırılmasını yoxlamaq
  • Şirkətin keyfiyyət siyasətinə əməl edərək, müştərilərin istəkləri, şikayətləri və qiymət dəyişiklikləri barəsindəki tələbləri haqqında funksional rəhbərini məlumatlandırmaq
  • Rəqib şirkətlər haqqında zamanında və dolğun məlumat toplamaq
  • Şirkətdaxili qayda, prosedur və təlimatlara riayət etmək
  • Şirkət tərəfindən müəyyən edilmiş plana əsasən məhsulların satışını təmin etmək

Vəzifə tələbləri:

  • Ali təhsil 
  • Müvafiq sahə üzrə ən az 5 il iş təcrübəsi
  • Azərbaycan və ingilis dillərində sərbəst bilmək;
  • Analitik düşünmə qabiliyyəti, problemləri müəyyən etmə bacarıqları;
  • Kommunikasiya və təqdimetmə bacarığı;
  • Microsoft Office proqramlarını bilmək;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar:

  • Servis xidməti
  • Nahar ilə təmin edilmə

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Satış Müdiri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.   

İşəgötürənin reytinqi