İşin təsviri
Öhdəliklər:
- Şirkət daxilində icra olunan proses və prosedurların qurulmasında iştirak edilməsi;
- Texniki tapşırıqların IT və digər əməkdaşlarla müzakirə edilməsi;
- Tələblərin izlənilməsi;
- Digər şöbələrin əməkdaşları üçün ilkin testlərin aparılması;
- Biznes tələblərinə görə hesabatların hazırlanması;
- Yeni funksionallığın test olunması;
- Funksional spesifikasiyanın yazılması və yaradılması;
- Biznes proseslərin idarəolunması və daimi şəkildə təkmilləşdirilməsi üçün faydalı hesab olunan bütün məlumatları struktur bölmələrdən əldə etmək və müvafiq tələblərin formalaşdırılmasını təmin edilməsi;
- Layihələrin idarə edilməsinə dəstək;
- Proqnozlaşdırma prossesində iştirak edilməsi, büdcə və layihə üzrə hesabatların hazırlanması;
Tələblər:
- İnformasiya Texnologiyaları, İqtisadiyyat , Maliyyə , Menecment üzrə Bakalavr və ya Magistr dərəcəsində ali təhsil;
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
- İT analitik, Biznes analitik və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
- BI alətlər (Power BI, QlikView və s.), SQL, PL/SQL üzrə biliklərin olması;
- Komandada işləmək, individual qərarlar ala bilmək və stres altında işləyə bilmək;
- Biznes və texnologiyanın tələblərini anlaya bilmək;
- Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
- Layihələrin idarəedilməsi üzrə təcrübəyə malik olmaq;
- PMP sertifikatının olması arzuolunandır;
- Azərbaycan dilində səlis, rus və ingilis dillərindən hər hansı birini bilmək arzuolunandır.
Qeyd:Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını “Biznes analitik” qeyd edərək Cv-lərini elektron poçt ünvanına göndərə bilərlər.