Kateqoriya üzrə menecer

İşin təsviri

Tələblər:

  • Ali tibb təhsil (əczaçılara üstünlük verilir);
  • Gözəl nitq qabiliyyəti
  • Aptek və ya özəl tibb sahələri üzrə iş təcrübəsi arzuolunandır
  • Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı olmalıdır
  • Yaxşı analitik xüsusiyyətləri, təhlil bacarığı,görülən işlər üzrə hesabatın hazırlanması;
  • Səmərəli danışıqların aparılması və yaxşı ünsiyyət bacarıqları;
  • Nizam-intizam, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı;

Əsas vəzifə öhdəlikləri:

  • Rəhbərlik tərəfindən təyin edilmiş qaydalara riayət olunub-olunmadığının qiymətləndirilməsi üçün apteklərin yoxlanılması
  • Aylıq, həftəlik, iş planını tərtib etmək, satış nöqtələrinə vizit plan tərtib etmək
  • Satış şöbəsi ilə effektiv əməkdaşlıq etmək, rəflərdə aktual çeşid malların mövcudluğunu təmin etmək
  • Məhsulların düzülüşü, təmizlik, endirim kağızlarının vaxtında yoxlanılması və dəyişdirilməsinin
  • Təyin olunmuş gündəlik rut üzrə hərəkət etmək
  • Satış nöqtələrində məhsulların yerləşdiyi rəfləri səliqəyə salmaq və daim onları nəzarətdə saxlamaq
  • Daxili nizam-intizam qaydalarına əməl etmək
  • Lazım gəldikdə ezamiyyətlərə hazır olmalı

İş şəraiti:

  • İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Tibbi siğorta ilə təmin olunma;
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi