İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Dövlət və özəl tender elanlarının gündəlik izlənməsi (portal.gov.az, etender.gov.az və s.)
- Müvafiq tenderlərin seçilməsi və elanların rəhbərliyə təqdim edilməsi.
- Tender sənədlərinin hazırlanması və komplektləşdirilməsi (kommersiya təklifi, texniki təklif, bank zəmanəti, sənəd nümunələri və s.)
- Tender şərtlərinin təhlili və uyğunluğun təmin edilməsi.
- Tenderə hazırlıq prosesində digər şöbələrlə əməkdaşlıq.
- Tenderin təqdim olunması və bitmə tarixlərinə ciddi riayət.
- Tender prosesi zamanı yazışmaların aparılması və suallara cavabların hazırlanması.
- Tenderin nəticələrinin izlənməsi və nəticəyə əsasən hesabatların hazırlanması.
- Qalib olduqda müqavilələrin bağlanmasında iştirak və ilkin sənədlərin hazırlanması.
- Tenderlərlə bağlı arxivləşdirmə işlərinin təşkili.
- Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
- Tender üzrə tələb olunan sənədlərin, protokolların operativ şəkildə hazırlanması, analiz edilməsi, sənədlərin elektron qeydiyyatının dəqiq və düzgün şəkildə aparılması;
- Partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması, müştəri bazasının genişləndirilməsi;
- Tender proseslərinin gedişi haqqında gündəlik, həftəlik, aylıq hesabatların hazırlanması;
- İcra prosesində olan tenderlərin daxili nəzarət sisemində qeydiyyatı və iş prosesinin idarə olunması
Tələblər:
Təhsil:
- Ali təhsil (Hüquq, İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə).
İş təcrübəsi:
- Müvafiq sahədə (xüsusən də dövlət satınalmaları üzrə) minimum 1-3 il iş təcrübəsi.
Bilik və bacarıqlar:
- Etender.gov.az və digər dövlət portallarında işləmə bacarığı.
- Sənədlərlə işləmək bacarığı, yüksək diqqət və dəqiqlik.
- MS Office proqramları ilə sərbəst işləmə bacarığı (xüsusilə Word və Excel).
- Analitik düşüncə, vaxtın idarə olunması
- Yüksək ünsiyyət,təqdimat bacarığı və məsuliyyətli yanaşma.
- Dürüstlük və kollektivdə işləmə bacarığı olmalı
Dil bilikləri:
- Azərbaycan dili — əla
- Rus və ya İngilis dili — arzuolunandır
Əmək şəraiti:
- İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
- Ünvan: Ziya Bünyadov prospekti 43
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.