Biznesin inkişafı üzrə Menecer

İşin təsviri

Biznesin inkişafı vakansiyası üzrə vəzifə öhdəlikləri:

• Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması
• Şirkətin uğurlu imicinin yaradılması
• Biznes proseslərinin təkmilləşdirilməsi
• Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, şirkətin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili
• Bazarda mövcud olan şirkətlərin, onların məsullarının və tariflərinin öyrənilməsi və təhlili, bazarın seqmentasiyası
• Yeni məhsulların yaradılması, onların təşviq metodlarının seçilməsi
• Marketinq planının hazırlanması və koordinasiyası
• Zəruri marketinq tədbirlərinin müəyyən edilməsi
• Marketinq xərclərinin optimallaşdırılması
• Məhsulların satılması üçün yeni kanalların axtarılması
• Reklam aksiyalarının təşkili və keçirilməsi, bukletlərin, flayerlərin, təqdimatların və digər reklam məhsullarının hazırlanması
• Reklam və media şirkətləri ilə əlaqələrin qurulması, onlardan təkliflərin alınması, sərfəli təkliflərin müəyyən edilməsi, müqavilələrin bağlanması və sonraki işlərinə nəzarət
• Media və kütləvi informasiya vasitələrində reklamın yerləşdirilməsi
• Şirkətin saytının və sosial şəbəkələrdə səhifələrinin dəstəyi
• İstehlak tələbinin araşdırılması üçün müştəri sorğu vərəqəsinin hazırlanması
• Müştərilərin şirkətə bağlılığını artırmaq üçün promo hədiyyələrin seçilməsi və sifarişi
• Müştərilərlə əlaqələrin qurulması
• Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi
• Dövrü hesabatların hazırlanması və təhlili
• Vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi

E-mail: [email protected]