Müştəri Xidmətləri Meneceri

İşin təsviri

İş barədə məlumat:

  • Yeni qurulan şirkətimiz, müştəri məmnuniyyətini ən yüksək səviyyədə tutmaq məqsədi ilə dinamik, müştəriyönümlü və peşəkar bir Müştəri Xidmətləri Meneceri axtarır. Bu rol, müştəri müraciətlərinin effektiv şəkildə həll edilməsində, müştəri məmnuniyyətinin artırılmasında və müştəri xidmətləri komandasının idarə edilməsində mühüm bir rol oynayacaq. Müvəffəqiyyətli namizəd, mükəmməl müştəri xidmətləri təqdim etmək, müştəri sorğularını səmərəli şəkildə həll etmək və şirkət daxilində müştəri xidmətləri standartlarını yüksəltmək üçün çalışacaq.
  • Müştəri xidmətləri strategiyalarının inkişafı və həyata keçirilməsi
  • Müştəri sorğularının, şikayətlərinin və təkliflərinin səmərəli idarə olunması
  • Müştəri məmnuniyyətini artırmaq üçün tədbirlərin tətbiqi
  • Müştəri xidmətləri komandasının idarə edilməsi, təlimi və inkişafı
  • Müştəri xidmətləri proseslərinin və sistemlərinin optimallaşdırılması

Tələblər:

  • İşdə ən azı 2 il müvafiq təcrübə
  • Güclü kommunikasiya və müştəri xidməti bacarıqları
  • Problemlərin həlli və qərar qəbul etmə qabiliyyəti
  • Komanda idarəetmə təcrübəsi
  • Yüksək səviyyədə təşkilatçılıq və vaxt idarəetmə bacarıqları
  • Texnologiyaya yiyələnmə və müxtəlif CRM sistemlərində işləmə təcrübəsi arzu olunandır        

Biz nə təklif edirik?

  • Gənc, dinamik və peşəkar kollektivdə işləmək fürsəti
  • Şəhər mərkində iş yeri 
  • Peşəkar inkişaf və inkişaf üçün imkanlar ( təlimlər, seminarlar və s.)
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək

İş vaxtı: Həftə içi 5 gün, 09:00-18:00

Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin  innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Müştəri Xidmətləri Meneceri” yazaraq e-mail ünvanına göndərmənizi xahiş edirik.

Apar (Bike-Sharing Startup) tərəfindən digər vakansiyalar