Brand Manager

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Satış üzrə yeni təklif və fikirlərin irəli sürülməsi;
  • İstehsalçı üçün Satış və satış stoku üzrə hesabatının hazırlanması (həftəlik və aylıq);
  • Sifarişlərin vaxtında hazırlanıb göndərilməsi;
  • Bazar təhlilini aparılması və avtomobil modellərinin xüsusiyyətlərini tədqiq edilməsi;
  • Bazar tendensiyalarının izlənilməsi və rəqiblərin fəaliyyətinin araşdırılması;
  • Avtomobil brendləri ilə bağlı hazırlanan kampaniyaların təqibatda saxlanılması;
  • Brend üzrə marketinq planının hazırlanması;
  • Avtomobil satış salonlarında vizual işlərə nəzarət və cavabdehlik daşınması;
  • Satış həcmlərinin proqnozlaşdırılması və analizi.

Namizədlərə tələblər:

  • Marketinq sahəsində minimum 1 il iş təcrübəsi;
  • Avtomobil satışı sahəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan və İngilis dillərini bilməli, Rus dilinin bilməsi üstünlükdür;
  • Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
  • Fikrini izah etmə qabliyyəti və ünsiyyət yaratmaq bacarığı yüksək səviyyədə olmalıdır;
  • Stres altında işləmə qabiliyyəti və eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti yüksək səviyyədə olmalıdır;
  • Yüksək idarəetmə qabiliyyəti, fəal və işə planlı yanaşma bacarığı yüksək səviyyədə olmalıdır.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Brand Manager" qeyd etməklə elektron poçt ünvanına göndərsinlər.