Kreditlərin keyfiyyətinə daxili nəzarət şöbəsinin mütəxsəssisi

İşin təsviri

Təsvir:

  • Kredit dosyesinin Bankın daxili standartlarına cavab verməsinin yoxlanılması məqsədilə kredit sənədlərinin (o cümlədən, kreditə üzrə təminata aid sənədlərin) düzgünlüyünün və tamlığının yoxlanılmasını təmin etmək
  • Sahibkarlıq subyektinin kredit sifarişində qeyd edilmiş fəaliyyət növü ilə məşğul olub-olmamasının yoxlanılması
  • Borcalanların vaxtı keçmiş borcu yarandıqda, bu borcun ödənilməsinə yönəldilmiş təqib işinin və vaxtı keçmiş borcların sağlamlaşdırılması istiqamətində aparılan digər tədbirlərin filiallar tərəfindən tam və vaxtında aparılmasına nəzarət etmək;
  • Təsdiq olunmuş limitlərə filiallar tərəfindən riayət olunmasına nəzarət etmək, rəsmiləşdirilmiş kreditlər üzrə kredit rəylərinin düzgün tərtib olunmasına və iqtisadi-maliyyə təhlilin tamlığının yoxlanılması məqsədilə səyyar və distant (məsafədən) yoxlamalar aparmaq;
  • Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;
  • Müvafiq yoxlamalarzamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
  • Kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunun və vəziyyətinin yoxlanılması 

Tələblər:

  • Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilin olması;
  • Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Analitik düşüncə;
  • Stressə davamlılıq, komandada işləmə bacarığı;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).

İşəgötürənin reytinqi