Aşpaz

İşin təsviri

Əsas öhdəliklər:

  • Şirkətin keyfiyyət və qida təhlükəsizliyi standartlarını yüksək səviyyədə bilməli və tətbiq etməli, həmçinin tabeliyindəki işçilərə aşılamalı;
  • Qida təhlükəsizliyi mövzusuna aid hər hansı bir problemi həll etmək və qeydiyyatını aparmaq. Bu problemlərlə gələcəkdə qarşılaşmamaq üçün qabaqlayıcı tədbirlər görmək və bu barədə rəhbərləri məlumatlandırmaq;
  • Tabeliyində olan işçilərin təmizliyinə və gigiyenasına, həmçinin işçilərin geyimlərinə nəzarət etmək;
  • Məhsulların qəbulu və anbarda saxlanılmasına nəzarət etmək;
  • Əməkdaşları yaradıcı və innovativ, tələbkar olmağa təşviq etmək və onların əldə etdiyi uğura, verdikləri töhfələrə görə qiymətləndirilməsi üçün təkliflər hazırlamaq;
  • İşçilərin bütün reseptlər üzrə tam məlumatlı olmasını və onların standartlara uyğun təqdim olunmasını təmin etmək;
  • Yeni menyuların hazırlanması prosesində iştirak etmək, bütün məhsulların implantasiyadan əvvəl maya dəyərinin ödənilməsini təmin etmək;
  • Bütün sifarişlərin müvafiq çek üzrə təlimatlara uyğun və vaxtında hazırlanmasını təmin etmək;
  • Yeməklərin hazırlanması və təqdim edilməsində davamlı olaraq yüksək standartlara cavab verməklə, qonaqların ehtiyaclarını təmin etmək.

Vəzifə üzrə əsas tələblər:

  • Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
  • Komandaya rəhbərlik etmək, idarə etmək və motivasiya etmək bacarığı;
  • Yüksək ünsiyyaət qabiliyyəti;
  • Rus və ingiliş dilində bilmək üstünlüyü;
  • Xammal, yarımfabrikat və hazır məhsulların saxlanılması qaydalarını bilmək;
  • Şəxsi gigiyena və qida təhlükəsizliyi qaydalarını bilməli;

Aşağıda qeyd olunan meyarlara cavab verən namizədlərdən CV-lərini e-mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Yeni Çinar Kafesi tərəfindən digər vakansiyalar