Restoran Nəzarətçisi

İşin təsviri

Əsas öhdəliklər:

  • Restoran işçilərinin iş qrafikini idarə etmək,
  • İşçi heyəti arasında iş bölgüsünü təşkil etmək,
  • Qida məhsullarının hazırlanması, bişirilməsi və saxlanması zamanı qida təhlükəsizliyi standartlarına əməl olunmasını təmin etmək,
  • İnventarın monitorinqi və bütün ərzaq ehtiyatlarının və digər restoran ehtiyaclarının tələblərə uyğun şəkildə saxlanmasını təmin etmək,
  • Müştəri şikayətlərinin peşəkar şəkildə həll olunması,
  • Müştərilərə keyfiyyətli xidmət göstərilməsini təmin etmək və digər işçi heyətini buna təşviq etmək,
  • İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək.

Vəzifə üzrə əsas tələblər:

  • Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
  • Komandaya rəhbərlik etmək, idarə etmək və motivasiya etmək bacarığı;
  • Yüksək ünsiyyaət qabiliyyəti;
  • Rus və ingiliş dilində danışıq qabiliyyəti;

Aşağıda qeyd olunan meyarlara cavab verən namizədlərdən CV-lərini e-mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Yeni Çinar Kafesi tərəfindən digər vakansiyalar