İşin təsviri
Vəzifə öhdəlikləri:
- Layihələrin ilkin mərhələlərində, detallı axtarış və kəşfiyyat etmək, sahə analizləri aparmaq;
- Çöl ölçmə və kameral emal işlərin planlaşdırılması, normativ sənədlərin tətbiq olunması və onların tələblərinə riayət olunması;
- Podratçı və subpodratçı şirkətlərin geodeziya xidmətlərinin monitorinqinin aparılması (çöl işləri jurnalının doldurulması, vaxtı-vaxtında və keyfiyyətli icra çəkilişlərinin aparılması, açıq xəndəklərdə yeraltı kommunikasiyaların icra çəkilişlərinin aparılması, geodeziya icra sənədlərinin tərtib edilməsi, saxlanılması və əlaqədar qurumlara ötürülməsi);
- Mürəkkəb geodeziya işlərinin yerinə yetirilməsində iştirak etmək;
- Tikinti-quraşdırma işləri zamanı təhkim edilmiş personalın işinə seçmə üsulla nəzarət edir, aşkarlanmış nöqsanlar barədə layihəçi, rəhbərlik və digər texniki personala məlumat verməklə inşaat jurnalına qeyd edilməsini təmin etmək;
- İnşaatı tamamlanmış obyektlərin təhvilində iştirak etmək;
- Təhkim edilmiş köməkçi heyətin işlərinin təşkil və koordinasiya edilməsi;
- Zəruri hesabatların hazırlanmasını təmin etmək;
- Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
- Layihənin tender prosesinə (geodeziya ilə əlaqədar) texniki dəstək göstərmək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək.
Tələblər:
- Topoqrafik alətlər ilə işləmə bacarığı;
- Mövcud sahə üzrə iş təcrübəsi;
- Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisası üzrə ali təhsil
- Müvafiq kompüter proqramlarını bilmək (AutoCAD, Microsoft Office və s.)
- Geodeziya avadanlıqları ilə sahədə sərbəst işləməli
- Dürüstlük və kollektivdə işləmə bacarığı olmalı;
- Yüksək məsuliyyət, diqqətcil olmaq;
- Ezamiyyə imkanları
Əmək haqqı namizədlərin bilik və bacarıqlarına, peşəkarlıq səviyyəsinə uyğun təyin olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə "Topoqraf” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.
Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.
Sizi öz kollektivimizdə görməyə şad olarıq!