SƏTƏM üzrə mühəndis (Sumqayıt)

İşin təsviri

Təsvir:

  • Müəssisədə qəzaların, peşə xəstəliklərinin qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və profilaktik tədbirlərin icrasını təşkil etmək.
  • SƏTƏM fəaliyyətini SƏTƏM qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparmaq.
  • Səlahiyyətləri çərçivəsində yeni qaydaların, prosseslərin, prosedurların, daxili normativ aktların və sahə standartlarının tərtibatında iştirak etmək.
  • “Aztelekom” MMC-nin struktur bölmələrinə cavabdeh şəxslər tərəfindən öz iş sahalərində işləyən işçilərinin giriş təlimatının, iş yerində təlimatların aparılmasına və jurnalda qeyd edilməsinə nəzarət etmək.
  • Əməyin mühafizəsi ilə əlaqədar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət etmək və lazımi tövsiyələr vermək.
  • “Aztelekom” MMC-də quraşdırılmış avadanlıqların istismarında təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə və işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət etmək.
  • “Aztelekom” MMC-in işçilərinə əməyin təhlükəsizliyi üzrə təlimlər keçmək.
  • Regional filiallarda əmək qanunvericiliyinə və əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsinə nəzarət etmək.
  • İstehsalat travmatizminin, peşəkar xəstəliklərinin və istehsalat amilləri ilə şərtlənən xəstəliklərin vəziyyətinin və səbəblərinin uçotunu və təhlilini aparmaq.
  • Bölmələrə təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində və aparılmasında, avadanlıqların və cihazların travma təhlükəsizliyinin qiymətləndirilməsində yardım göstərmək.

Tələblər:

  • Ali təhsil olmalıdır (Ali-texniki təhsilə üstünlük verilir).
  • Sahəsi üzrə 3 il təcrübəsi olmalıdır.
  • Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dilləri arzuolunandır.
  • SƏTƏM üzrə qaydaları mükəmməl bilməlidir.
  • MS Office və Outlook programlarını bilməlidir.
  • SƏTƏM üzrə dövlət normativ tələblərini və Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş əməyin mühafizəsi sahəsində beynəlxalq müqavilələri bilməlidir.
  • Peşəkar risklərin aşkarlanması, qiymətləndirilməsi və idarə edilməsi metodlarını bilməlidir.
  • İş yerlərində əmək şəraitinin öyrənilməsi metodlarını bilməlidir.
  • Təşkilatın istehsal və təşkilati strukturu, əsas texnoloji proseslər və istehsal rejimlərini bilməlidir.
  • Tətbiq olunan avadanlıqların növləri və onun istismar qaydalarını bilməlidir.

İşəgötürənin reytinqi