Baş mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparmaq;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icra etmək;
  • Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin etmək;
  • Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi proseslərini icra etmək;
  • Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək.
  • Direktorun və Maliyyə menecerinin tapşırıqlarını yerinə yetirmək.

Namizədə aid tələblər:

  • Ali təhsil (maliyyə, mühasibatlıq üzrə);
  • PMS Sertifikatı mütləqdir.
  • Müvafiq sahədə 3-5 il və üzəri iş təcrübəsi;
  • ERP bazasında iş təcrübəsi, Logo Tiger proqramında təcrübə üstünlükdü;
  • MS Office proqramlarında, Exceldə əla işləmə bacarığı;
  • Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş yeri: Sumqayıt şəhəri;
  • Könüllü tibbi sığorta təminatı;
  • Korporativ nömrə;
  • Nahar şirkət tərəfindən verilir;
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;

Yalnız Baş mühasib təcrübəsi olan namizədlər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Baş Mühasib” yazaraq göndərə bilərlər.