İnsan resursları üzrə menecer (generalist)

İşin təsviri

İş barədə məlumat:

  • Şirkətin uğurlu inkişafı üçün İR strategiyasını və siyasətini həyata keçirmək, İR prosedurları və siyasətlərini daim nəzərdən keçirmək, tələb olunan zaman təkmilləşdirmək;
  • İşçi qüvvəsinin planlanlaşdırılması və onun əsasında yaranan vakansiyalar üzrə işə qəbul prosesini həyata keçirmək:
  • Şirkətin işə qəbul proseduruna uyğun olaraq iş elanlarını paylaşmaq, müraciətləri nəzərdən keçirmək, müsahibələri təşkil etmək, namizədlərlə görüşmək və yekun hesabatı rəhbərliyə təqdim etmək;
  • İşə qəbul zaman işçilərin adaptasiya prosesinə dəstək olmaq;
  • İşçi münasibətlərinin tənzimlənməsi, işçilərlə görüşlərin keçirilməsi; işçilərin şikayətlərini və problemlərinin obyektiv həlli yollarını araşdırmaq;
  • İşçi motivasiyasının artırılması istiqamətində tədbirlər görmək;
  • İşçi qiymətləndirilməsini təşkil etmək;
  • Şirkətin strukturu ilə bağlı təkliflər vermək;
  • İşçilərin inkişafı üçün tədbirlər görmək, təlim ehtiyaclarını müəyyən edib müvafiq büdcəyə uyğun təlimlər təşkil etmək, onlara nəzarət etmək;
  • İR üzrə sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək və prosesə nəzarət etmək;
  • Şirkətin ERP sistemində müvafiq əməliyyatların aparılmasını təşkil etmək və nəzarətdə saxlamaq

Tələblər:

  • Ali təhsil (İnsan resurslarının idarə olunması, menecment, psixologya üzrə ali təhsil arzuolunandır);
  • İnsan resursları sahəsində rəhbər vəzifədə azı 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər;
  • Əmək Münasibətləri və Məşğulluq altsistemi ilə (emas) işləmə bacarığı;
  • MS Office proqramlarında işləmə bacarığı

İş barədə:

  • Beş günlük iş qrafiki
  • İş yeri: Bakı şəhəri, Badamdar, Pullman Otel
  • Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur

Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın adını və min gözlnilən ə\h-nı qeyd etmək tövsiyyə olunur.

İşəgötürənin reytinqi