Korporativ satış üzrə mütəxəssis

İşin təsviri

Tələblər:

  • İT sahəsində biliklər mütləqdir
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri - sərbəst, İngilis dili - orta
  • MS Office proqramları ilə işləmək bacarığı
  • 1C proqramı üstünlükdür
  • Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi
  • Komandada işləmək, tapşırıqları vermək, məsuliyyət sahələrini idarə etmək bacarığı
  • Səriştəli şifahi və yazılı nitq, işgüzar yazışmalar aparmaq, kommersiya təklifləri vermək, telefon etiket qaydalarına riayət etmək
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti

Vəzifə öhdəlikləri:

  • Yeni müştərilərin cəlb olunması, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması
  • Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması
  • Müştəri barədə məlumatları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayıb və müştəri bazasına qeyd edilməsi;
  • Müştərilərin şirkətimiz və tərəfdaş şirkətlərin məhsulları və həlləri ilə tanış etdirilməsi
  • Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması
  • Müştərilərin ehtiyaclarını müəyyənləşdirilməsi və həllərin təqdim olunması
  • Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Müştərilər ilə və tərəfdaş şirkətlərin işçiləri ilə müntəzəm görüşlər aparmaq, təqdimatlar keçirmək, etirazlarla işləmək.
  • Kommersiya təkliflərinin hazırlanması
  • Korporativ sənəd dövriyyəsi və CRM sistemlərindən istifadəsi
  • Fərdi və kollektiv satış planının yerinə yetirilməsi
  • Satış səmərəliliyinin qiymətləndirilməsi, təhlili, artırılması üçün tədbirlərin formalaşdırılması
  • Maliyyə hesabatları, xidmətlər üçün ödənişlərə nəzarət, layihələr üçün sənəd dövriyyəsi
  • Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
  • Tərəfdaşlarımızın məhsulları və həlləri üzrə təlim və sertifikatlaşdırma
  • Satış və xidmətin yüksək səviyyədə təmin edilməsi

İş şəraiti:

  • Ölkənin qabaqçıl və aktiv inkişaf edən İT Şirkəti sayılan iTech Group şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
  • Qanunvericiliyə uyğun sənədləşdirmə
  • Ə/h 800 - 1500 AZN + bonus
  • Davamlı karyera inkişafı

Vakansiyaya müraciət üçün CV-nizi “Korporativ satış üzrə mütəxəssis" mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.