İnsan resursları üzrə direktor

İşin təsviri

Tələblər:

  • Əvvəlki iş yerlərində minimum 500-700 nəfərlik heyət ilə işləmək təcrübəsi olmalıdır;
  • İşçi heyətinin Planlaması, İşə Qəbul, Əmək Fəaliyyətinin Qiymətləndirilməsi, Motivasiya və Təlim Sistemlərinin qurulmasında təcrübəsi olmalıdır;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyini mükəmməl səviyyədə bilməlidir;
  • Ali təhsil;
  • Müvafiq vəzifədə minimum 5 il iş təcrübəsi olmalıdır;
  • Yaş həddi: 30-45;
  • MS Office (Word, Excell, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı olmalıdır;
  • Analitik təhlil qabiliyyətinə sahib olmalıdır;
  • Məsuliyyətli və diqqətli olmalıdır;
  • Ünsiyyət qurma və yüksək təqdimat bacarığı olmalıdır;
  • Azərbaycan dili , Rus dili və İngilis dili üstünlükdür

Vəzifə öhdəlikləri:

  • İnsan Resurslarının idarə olunması proqramını tərtib etmək və müəyyən olunmuş planı şirkət daxilində icra etmək;
  • İşçiləri motivasiya və demotivasiya edən amilləri araşdırmaq və motivasiya proqramları hazırlamaq;
  • Müvafiq vakansiyalar üzrə yeni namizədlərin seçilməsi, müsahibələrin aparılması, müasir qiymətləndirmə metodları ilə namizədlərin qiymətləndirilməsi prosesini təşkil və icra etmək;
  • İnsan Resurlarına dair kargüzarlıq işinin, habelə sənədləşmə prosesinin Azərbaycan Respublikasının Əmək Qanunvericilinə müvafiq olaraq düzgün aparılmasını təşkil etmək;
  • İnsan Resurlarının fəaliyyəti ilə bağlı mütəmadi olaraq rəhbərliyə hesabatlar təqdim etmək.

İş şəraiti:

  • Maaş : 2500-3000 AZN
  • İş vaxtı: 09:00–dan 18:00 dək;
  • İstirahət günləri: Şənbə və Bazar;
  • 3 aydan sonra könüllü tibbi sığorta ilə təmin olunma imkanı

Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsinə “İnsan resursları üzrə direktor”qeyd edərək göndərə  bilərsiniz

Ünvan: Ələsgər Qayıbov 12/22 ,Azera holding

İşəgötürənin reytinqi