İnsan resursları şöbəsinin müdiri

İşin təsviri

Namizədlər aşağıda göstərilən təcrübə və bacarıqlar malik olmalıdır:

  • Maliyyə/Biznesin idarə edilməsi/İqtisadiyyat və digər sahələr üzrə bakalavr dərəcəsi (Bu sahələr üzrə magistr dərəcəsi olanlara üstünlük verilir);
  • İnsan resursları sahəsi üzrə ümumi biliklər; 
  • Böyük kommersiya/investisiya bankında və ya beynəlxalq maliyyə institutunda minimum 12 il iş təcrübəsinin olması üstünlükdür;
  • İngilis dilində yüksək səviyyədə yazı və danışıq bararıqları;
  • Güclü ünsiyyət bacarıqları
  • Sürətli qərar qəbul etmə bacarıqları;
  • Yüksək təzyiq altında işləyə bilmək;
  • Detallara yüksək diqqət və məxfiliyi qoruya bilmə bacarıqları;
  • Problem həll etmə və analitik bacarıqlar.

İnsan resursları ( İR ) şöbəsinin müdirinin vəzifələrinə aşağıdakılar daxildir:

  • Bank üçün İR strategiyalarının təkmilləşdirilməsi və icrasını, İR funksiyalarının səlis işləməsi və təşkilatın ümumi uğuruna töhfə verməsini təmin etmək;
  • İR siyasətlərinin, prosedurlarının və pozitiv iş mühitini təşviq etmək üçün təşəbbüslərinin həyata keçirilməsi və inkişaf etdirilməsi, həmçinin əmək qanunlarına riayət olunmasının təmin edilməsi;
  • Bankın işə qəbul, kompensasiya, karyera planlaması, yüksəliş, intizam prosesləri, performans qiymətləndirilməsi, ayrılma və bu kimi digər bütün İR proseslərinin planlaşdırılması və idarə olunması;
  • İllik təlim proqramının hazırlanması və səmərəli şəkildə həyata keçirilməs;.
  • Aylıq əməkhaqqı, müavinət, faydalar və məzuniyyətlərin idarə edilməsi;
  • Əmək müqavilələrinin hazırlanması kimi İR əməliyyat məsələlərinin idarə edilməsi, İR idarəetmə sisteminin və kadr fayllarının saxlanması;
  • Bankın Pensiya Planı ilə bağlı əməliyyat məsələlərini idarə etmək;
  • İşçilərin sağlamlıq və həyat sığortası planları, həmçinin əməliyyat məsələləri ilə bağlı bütün işlərin idarə olunması;
  • İşçi münasibətləri, faydalar, siyasətlər və prosedurlar daxil olmaqla müxtəlif İR ilə bağlı məsələlərdə işçilərə dəstək və təlimatların təmin edilməsi;
  • Ən yaxşı İR təcrübələrinə, sənaye tendensiyalarına və qüvvədə olan qanunlara uyğunluğun təmin edilməsi.

 

Ünvan: İstanbul, Türkiyə Respublikası

Müqavilə növü: Müddətli

Müqavilə müddəti: 1 il (qənaətbəxş icra edildikdən sonra yenilənə bilər)

Müraciətin bitmə tarixi: 3 may 2024-cü il

Namizədlərdən öz CV-lərini e-mail ünvanına göndərmələri xahiş olunur.