Uyğunluğun təminatı üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkət daxilində uyğunluğun təminatı və mövcud siyasətlərin tətbiqi ilə bağlı məsələlərdə iştirak etmək.
  • Daxili və xarici proqramların uyğunluğunu yoxlamaq.
  • Şirkət daxilində uyğunluğun təminatı siyasəti ilə əlaqəli riskləri azaltmaq üçün strategiyalar hazırlamaq və tətbiq etmək.
  • Müəyyən edilmiş uyğunluğun təminatı siyasətlərinə və prosedurlarına əməl olunmasını təmin etmək üçün vaxtaşırı yoxlamalar aparmaq və lazım olduqda düzəlişlər edilməsinə dair tövsiyələr vermək.
  • Uyğunluq göstəricilərinin, səmərəli fəaliyyət meyarlarının və hesabatlarını hazırlamaq.
  • İnam yaradan, problemlərin aydın başa düşülməsini təşviq edən və lazım olduqda dəyişikliklərə təsir edən yazılı və şifahi ünsiyyət qurmaq bacarığını nümayiş etdirmək.
  • Korrupsiya risklərini qiymətləndirmək və risk kateqoriyaları üzrə məsləhətlər vermək üçün potensial təchizatçılar, fiziki şəxslər və müştərilər üzərində lazımi araşdırma aparmaq.
  • Ciddi məxfiliyi qoruyaraq, fraud və digər qanun pozuntuları ilə bağlı araşdırmalarda fakt toplayan şəxs kimi iştirak etmək.
  • Uyğunluq, digər pozuntulara qarşı mübarizə və korrupsiya auditlərində iştirak etmək.

Tələblər:

  • Hüquq, Maliyyə, Biznes və ya İnsan Resursları üzrə ali təhsil.
  • Şirkət daxilində bütün kateqoriyadan olan əməkdaşlarla və tədarükçülərlə əlaqələr qurmaq və münasibətləri saxlamaq bacarığı.
  • Azərbaycan və ingilis dillərində mükəmməl ünsiyyət qurmaq bacarığı (rus dili biliyi üstünlükdür).
  • Siyasətlər, proseslər, uyğunluğa nəzarət və ən yaxşı təcrübələr haqqında biliklər.
  • İnam yaradan, problemlərin aydın başa düşülməsini təşviq edən və lazım olduqda dəyişikliklərə təsir edən yazılı və şifahi ünsiyyət qurmaq bacarığı
  • Güclü analitik bacarıqlar və risklərin effektiv qiymətləndirilməsi və lazımi araşdırma prosesləri üçün təfərrüata diqqət.
  • Müstəqil və komandanın bir hissəsi kimi işləmək bacarığı, problemin həlli və qərarların qəbulu üçün fəal yanaşma.
  • Korrupsiyaya qarşı mübarizə prinsipləri və əlaqəli hüquqi çərçivələr haqqında biliklər.

İşəgötürənin reytinqi