İnsan Resursları üzrə Mütəxəssis

İşin təsviri

Namizədə olan tələblər:

  • Təhsil: Ali;     
  • İş təcrübəsi: müvafiq sahədə 2 il;     
  • İnsan resursları əməliyyatları üzrə nəzəri biliklərə sahib olmalı; 
  • Məsuliyyətli, çevik və stressə davamlı olmalı.

Vəzifə öhdəlikləri:  

  • Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin hazırlanması, emal edilməsi və arxivləşdirilməsi; 
  • İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi;
  • İstifadə olunmuş saatlıq icazələrin matrisasının hazırlanması;
  • Yeni işçilərin qeydiyyat prosesinin icra edilməsi (sənədlərin yığılması, müqavilələrin imzaladılması, sistemdə qeydiyyatın aparılması, şirkətin daxili qaydaları ilə bağlı təlimatların verilməsi); 
  • İmtiyaz və təminatların verilməsi üçün müraciətin olunması;
  • Yeni gələn namizədlərin ofislə tanış edilməsi və rəhbərlik ilə görüşdürülməsi;
  • İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, sistemdə və dövlət portalında müvafiq qeydlərin aparılması);
  • Digər strukturlardan daxil olan İR ilə bağlı sorğuların cavablandırılması;
  • Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və qeydiyyatının aparılması;
  • Hesabatların rəhbərliyə təqdim olunması;
  • Rəhbərliyin verdiyi digər işlərin yerinə yetirilməsi.

İş şərtlərimiz: 

  • Əmək haqqı: 970-1108 AZN;
  • İş qrafiki : Həftəiçi 5 gün (8:30-17:30);   
  • Servis xidməti. 

Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).   

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.