Ekskavator operatoru

İşin təsviri

Vəzifə funksiyaları üzrə gözləntilərimiz:

Ekskavatoru sınaqdan çıxararkən maşinist əvvəl mühərrikin boş-boşuna işləməsini, sonra ardıcıl olaraq bütün mexanizmlərin, əvəzetmə qurğularının və əyləclərin dəstəklərlə rahat qoşulmasına əsasən:

  • muftanın ayrılmağı rahat olmalıdır, mufta ayrılandan sonra bütün mexanizmlər tam dayanmalıdır;
  • idarəetmə dəstəkləri ilişikisiz hərəkət etməlidir;
  • lentşəkilli əyləclər etibarlı olmalıdır, pedalları basarkən pərçimlənməməlidir, əyləci tormozlanma vəziyyətində saxlayan dillər (sobaçki) arasıkəsilməz və müqavimətsiz işləməlidir;
  • çalovun endirilməsi səlis olmalıdır, çalov özülə toxunanda zərbə alınmamalıdır;

Kvalifikasiyaya olan tələblər:

  • Azərbaycan;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Tikinti sahəsi barədə məlumatlı olması;
  • Ezamiyyələrə hazır;
  • Dəqiq,dürüst.

İş şəraitimiz:

  • Əmək haqqı 1200-1400 AZN;
  • İş qrafiki 6 günlük;
  • Mehriban komanda;
  • Perspektivli iş şəraiti;
  • Ofis Gənclikdə yerləşir.

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına göndərməkləri xahiş olunur.