Təchizat üzrə mütəxəssis

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Təchizat üzrə mütəxəssis şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təmininin həyata kecirilməsi, satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılmasında məsuldur. Təchizat zəncirinin vacib bəndidir. Müəssisənin maddi-texniki təminatı ilə bağlı qanunvericilik və normativ hüquqi aktları, metodiki materialları bilir və icra etdiyi işdə istifadə edir. Təminatçılarla müqavilə bağlamaq prosedurunun ardıcıllığı və onların icrasına nəzarət qaydasını satınalmalar zamanı istifadə edir
  • Daxil olan satınalma tələblərinin təhlili və icrası
  • Tələbdən Təklif, Təklifdən isə Sifariş formalaşdırmaq
  • Xammal, Avadanlıq, mal-material, ehtiyat hissələri, xidmət tədarükçülərinin axtarışı
  • Müvafiq satınalma hesabatlarının hazırlanması
  • Alınan malların dəyərini düzgün hesablaya bilmək
  • Alınan malların tələb edilən keyfiyyətə cavab verməsini yoxlaya bilmək
  • Alınan malların təslim tarixlərində gecikmələrin olmamasına səy göstərmək
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin öz rəhbərinə təqdim edilməsi
  • Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları
  • Analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları, qiymətlərin formalaşdırma metodlarını və strategiyasını bilməsi
  • İcra mərhələsində olan sifarişləri təqib etmək

Vəzifə səriştələri:

  • Planlama və Təşkilatçılıq
  • Risklərin idarəedilməsi
  • Hesabatvermə
  • Qiymətləndirmə bacarığı
  • Analitik Düşünmə, analiz etmə, diqqətcillik

Vəzifədən gözləntilər:

Kvalifikasiyalar:

  • Təhsil səviyyəsi: Ali (İqtisadi arzuolunandır amma şərt deyil)
  • İş təcrübəsi: Satınalma üzrə 2 il.
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (orta), İngilis (orta)

İş şəraiti:

  • İş qrafiki: 5 günlük
  • Əmək haqqı:Razılaşma yolu ilə
  • İş ünvanı:Ağdaş rayonu, Ləki qəsəbəsi

Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “Təchizat üzrə mütəxəssis” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.