Aparıcı kassir

İşin təsviri

Təsvir:

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin tələb olunan qaydada qəbul edilməsi;
  • Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;
  • Nağdsız və Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və müvafiq struktur əməkdaşlarına təhvil verilməsinin təmin edilməsi;
  • Müştərilərin yönləndirdiyi sualların səlahiyyət çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi;
  • Mağaza rəhbəri olmadığı müddətdə heyyətin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
  • Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarətin edilməsi;
  • Yaranan problemlərlə bağlı müvafiq struktur rəhbərlərinin məlumatlandırılması.

Tələblər:

  • Maliyyə və mühasibat sahəsində natamam ali təhsil (Ali təhsil arzu olunandır);
  • Baş kassir və ya aparıcı kassir kimi minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
  • Kompüter bilikləri (MS Office, Mikro ERP və 1C proqramları ilə işləmə bacarığı)
  • Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilər.

İşəgötürənin reytinqi